Back

ⓘ Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi



Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi
                                     

ⓘ Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi

Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945-1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya 1972-ci il, hidrometeorologiya 1973-cü il və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə 1979-cu il kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.

İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra- "Azərbaycan coğrfiyası" kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.

1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.

                                     

1. Təhsil

Bakalavr

  • Coğrafiya müəllimliyi
  • Coğrafiya
  • Geodeziya və xəritəçilik mühəndisliyi
  • Turizm və otelçilik
  • Hidrometeorologiya

Magistratura

  • Coğrafiya ixtisası
  • Azərbaycanın fiziki coğrafiyası
  • Geomorfologiya
  • İqtisadi və sosial coğrafiya
  • Dünyanın iqtisadi və sosial coğrafiyası
  • Ərazi planlaşdırılması və rayon plana alınması
  • Landşaftşünaslıq
  • Azərbaycanın və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiya
  • Coğrafiya müəllimliyi
  • Coğrafiyanın tədrisi metodikası və metodologiyası
  • Hidrometeorologiya
  • Su ehtiyatlarının inteqrasiyalı idarə olunması
  • İqlimşünaslıq
  • Hidrologiya
  • Geodeziya və xəritəçilik mühəndisliyi
  • Xəritəçilik
  • Tətbiqi geodeziya
  • Turizm və otelçilik
  • Sosial mədəni sahədə `xidmətlərin təşkili
  • Beynəlxalq turizm və ölkəşünaslıq
  • Turizm işi
  • Otelçilik
                                     

2. Dekanlıq

  • Dekan: c.e.d. Məmmədova Şəkər İdayət qızı
  • Elmi işlər və magistratura üzrə dekan müavini: c.e.d. Məmmədova Şəkər İdayət qızı
  • Qiyabi şöbə üzrə dekan müavini: b/m Hüseynzadə Firudin Meydan oğlu
  • Bakalavriat üzrə dekan müavini: c.ü.f.d., dos. Əhlimanov Ramiz Mirağa oğlu
  • Humanitar və sosial məsələlər üzrə dekan müavini: c.ü.f.d., dos. Nuriyev Elxan Balahəsən oğlu
                                     

3. Kafedralar

  • Hidrometeorologiya
  • Fiziki coğrafiya
  • Geodeziya və kartoqrafiya
  • İqtisadi və sosial coğrafiya
  • Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası
  • Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →