Back

ⓘ UNESCO



UNESCO
                                     

ⓘ UNESCO

UNESCO – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.

Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir.

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası,Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edildi. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Mart ayının 18-dən 25-nə qədər davam edən festivalın ilk günü saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nda baş tutmuşdur.

Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam musabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.

Müsabiqədə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniya dan 67 iştirakçı qatılmışdı. Bu müsabiqədə 1 Qran-Pri və 3 mükafat var idi. Festivalın əsas mükafatını – qran-prini Azərbaycandan Təyyar Bayramov qazandı. Ümumiyyətlə,Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir. Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva YUNİSEF-in xüsusi mükafatına layiq görülmüşdür. Dekabrın 27-də Bakı da, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşmışdır. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam ustadlarının iştirakı ilə "dəyirmi masa" keçirilərək Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı.

Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

28 iyul 2010-cu ildə UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfər edib. O Bakıda Azərbaycanın UNESCO üzrə milli komissiyasının təşkilatçılığı ilə dəyirmi masada iştirak edib. "Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir" kimi əhəmiyyətli bəyanat verdi.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Ceyhun Bayramovdur.

                                     

1. Xarici keçidlər

  • "Unesco"nun təsis etdiyi konfranslar Arxivləşdirilib 2013-09-08 at the Wayback Machine
  • UNESCO-nun rəsmi saytı ing.
  • UNESCO-nun "Ümumdünya İrsi" Mərkəzi
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →