Back

ⓘ Siyasi elm



                                     

ⓘ Siyasi elm

Siyasi elm bir sosial elm olub siyasi davranışın, siyasi sistemlərin və geniş mənada siyasətin nəzəriyyəsi, təhlili, təsviri və proqnozu ilə məşğul olur.

Siyasi elm sosial elmlər içərisində nisbətən gənc olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin gənc olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Amerika Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950-1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Eyni zamanda siyasi elm sosiologiya, iqtisadiyyat, antropologiya, psixologiya kimi digər elmlərlə də əməkdaşlığı gücləndirmişdir.

Bugün siyasi elm qərarların qəbulu prosesini, hakimiyyətin dövredilməsini, siyasi idarəetmə sistemlərini, eləcə də siyasi davranışı öyrənir.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →