Back

ⓘ Bərpa olunan enerji



Bərpa olunan enerji
                                     

ⓘ Bərpa olunan enerji

Bərpa olunan enerji - günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin yanma texnologiyasından geniş istifadə edilir.

                                     

1. Növləri

Bərpa olunan enerji mənbələri aşağıdakılardır:

  • Qabarma-çəkilmə enerjisi;
  • Günəş enerjisi;
  • Geotermal enerji;
  • Hidroelektrik enerji;
  • Biokütlə enerjisi bioqaz;
  • Dünya okeanının termik enerjisi;
  • Külək enerjisi;
  • Hidrogen yanacağı enerjisi;
  • Dalğa enerjisi;
                                     

2. Tətbiqi

Ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş ölkələr qabaqcıl mövqe tuturlar.

BMT-nin hesabatına əsasən, 2008-ci ildə dünyada alternativ enerji mənbələrinə 140 mlrd. ABŞ dolları, neft və daş kömürün istehsalına isə 110 mlrd. ABŞ dolları vəsait xərclənib. Dünya üzrə ümumilikdə külək enerjisindən istifadəyə 51.8 mlrd., Günəş enerjisindən istifadəyə 33.5 mlrd., bio-yanacaqdan istifadəyə isə 16.9 mlrd. ABŞ dolları vəsait xərclənmişdir. Avropa ölkələri 2008-ci ildə alternativ enerjiyə 50 mlrd., Amerika 30 mlrd., Çin 15.6 mlrd., Hindistan isə 4.1 mlrd. ABŞ dolları vəsait sərf edib.

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin IRENA hesabatına əsasən, 2018-ci ildə dünyada bərpaolunan enerji mənbələri üzrə quraşdırılmış 2350.756 GVt gücün 70 faizi Çin, ABŞ, Braziliya, Almaniya, Hindistan, Kanada, Yaponiya, İtaliya, Rusiya və Fransanın payına düşüb.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →