Back

ⓘ Azərbaycan Coğrafiya Cəmiyyəti



                                     

ⓘ Azərbaycan Coğrafiya Cəmiyyəti

Azərbaycan Coğrafiya Cəmiyyəti 1939-cu ildə SSRİ Coğrafiya Cəmiyyətinin Azərbaycan filialı kimi yaradılmışdır. 1957-ci ildə Cəmiyyətin I Qurultayında onun nizamnaməsi qəbul edilmişdir. 2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır. Fəalliyəti dövründə cəmiyyətin üzvləri coğrafiya və ona yaxın elm sahələrində fundamental və tətbiqi elmi tədqiqatlar aparmış, Azərbaycanda orta və ali məktəblərdə coğrafiyanın tədrisinin təşkilini təmin etmişlər. Ölkədə təbiəti mühafizə və coğrafi biliklərin geniş təbliği ilə məşqul olmuşlar. Cəmiyyətin rəyasət heyəti, prezidenti, elmi katibi fəalliyət göstərir. Cəmiyyətin prezidenti vəzifəsində uzun müddət akad. M.A.Qaşqay, AMEA müxbir üzvü Q.K.Gül, akad. H.Ə.Əliyev və akad. B.Ə.Budaqov kimi görkəmli alim-ictimai xadimlər çalışmışlar. Hazırda Cəmiyyətin prezidenti AMEA-ın müxbir üzvü, professor R.M.Məmmədovdur.

                                     

1. Fəaliyyət istiqamətləri

Hal-hazırda öz sıralarında ölkəmizin aparıcı coğrafiyacı, ekoloq və digər mütəxəssisləri birləşdirən Azərbaycan Coğrafiya Cəmiyyətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-coğrafiya, ekologiya və ona yaxın elm sahələrində çalışan mütəxəssislər arasında koordinasiyaya nail olmaq;

-respublikada coğrafiya, ekologiya, təbii-dağıdıcı proseslər və onların yaratdığı risk və təhlükələrin, proqnozlaşdırılması və qarşısının alınmasının istiqamətində elmi tədqiqatların təşkili;

-təbii və texnogen mənşəli fəlakətlərin coğrafi yayılmasını ölkə, müxtəlif regionlar və rayonlar miqyasında tədqiqini təşkilini, müvafiq dövlət orqanlarını və əhalini bu haqda məlumatlandırılmasını, əhali arasında ekoloji maarifləndirmənin aparılmasının təşkili;

-respublikada coğrafiyanın və ona yaxın elmlərin ali və orta məktəblərdə tədrisinin təkmilləşdirilməsinə və coğrafi-ekoloji biliklərin ölkə ictimaiyyəti arasında yayılmasına kömək göstərmək;

-Xəzər dənizi, onun ekoloji şəraitinin təbii ehtiyatlarının tədqiqinin təşkili və bu haqda biliklərin təbliği;

-Azərbaycanın coğrafiyasına, ekoloji şəraitinə, təbii risk və təhlükələrin tədqiqinə və digər problemlərə aid elmi-praktiki konfransların təşkili, elmi-publisistik jurnalların nəşri, müvafiq filmlərin hazırlanması, vətəni tanımaq və sevmək hisslərinin aşılanması.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →