Back

ⓘ Budapeşt Biznes Universiteti



Budapeşt Biznes Universiteti
                                     

ⓘ Budapeşt Biznes Universiteti

Budapeşt Biznes Universiteti - Macarıstanın ən qabaqcıl və dünyanın ən qədim biznes məktəblərindən biridir və paytaxt Budapeştdə yerləşir. Universitetdə 18000 tələbə 12 bakalavr proqramı, 6 magistr proqramı, 21 məktəbdən sonra hazırlıq proqramı, 48 magistr diplom kursları, Biznes İdarəetməsi doktorantura məktəbi və azyaşlılar üçün bir neçə təhsil proqramları çərçivəsində təhsil alır.

                                     

1.1. Tarixi Ticarət, İaşə və Turizm Kollecinin tarixi

Ticarət, İaşə və Turizm Kollecinin sələfi, 1857-ci ildə əsası qoyulan Ticarət Akademiyası idi. 1899-cu ildə Şərqi Ticarət Akademyası ilə genişlənən bu Kollec, Avstriya-Macarıstan Monarxiyasında və Mərkəzi Avropa regionunda ilk ticarət kolleci idi. Bu məktəbdə ticarət və bank mütəxəssisləri hazırlanırdı. İkinci Dünya Müharibəsindən sonra 1962-ci ilədək Alkotman Alkotmány küçəsində heyranedici binada orta ticarət məktəbi fəaliyyət göstərirdi. Təhsil dəyişikliyindən sonra o, Ali Təhsil Ticarət Məktəbinə çevrildi, 1969-cu ilə Ticarət və İaşə Kolleci adı ilə kollec statusu verildi. 1992-ci ildə turizm təhsili də əlavə olundu və instituta hal-hazırki adı verildi.

                                     

1.2. Tarixi Beynəlxalq Menecment və Biznes Kollecinin tarixi

Beynəlxalq Menecment və Biznes Kollecinin tarixi 1957-ci ilə gedir. O zaman əcnəbi dildə danışa bilən yüksək ixtisaslı mütəxəssisləri hazırlamaq məqsədilə, Beynəlxalq Ticarət Münasibətləri Məktəbinin əsası qoyuldu. 1962-ci ildə məktəb, Beynəlxalq Ticarət Məktəbi adı ilə müstəqillik əldə etdi. 1971-ci ildə ona kollec status verildi və adı Xarici Ticarət Kolleci oldu. Hal-hazırda Kollecdə 4000 yaxın tələbə müxtəliq proqramlar üzrə təhsil alır.

                                     

1.3. Tarixi Maliyyə və mühasibat Kollecinin tarixi

Kolleci tarixi, ümumi iqtisadi al hazırlıq köklər olan və 1857-ci ildə əsası qoyulan Peşt Ticarət Akademiyasına və Şərqi Ticarət Akademiyasına qədər gedir. 1970-1971 akademik ilində instutu hal-hazırki adı olan Maliyyə və Mühasibat Kolleci adını aldı.

                                     

1.4. Tarixi Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin tarixi

Kollecin regional institutunun əsası Zalaeqersezdə Zalaegerszeg 1971-1972 akademik ilində. növbəti il isə digər birisi Şalqtoaryanda Salgótarján qoyuldu. O vaxtdan bəri Kollec, maliyyə və mühasibat sahəsində aparıcı ali təhsil kolleci oldu.

Tarixdən ən əsas məqamlar:

  • 2013-cü ildə BBS," Tətbiqi Elmlər Universiteti” adını qazandı.
  • 2006-cı ilin sentyabrında Bolonya sistemi çərçivəsində bakalavr pilləsində BA bu təhsil proqramlarına start verildi: İnsan resursları, Biznes İdarəetməsi və Menecment, Ticarət və Marketinq, Kommunikasiya və Mediya, Beynəlxalq Biznes qtisadiyyatı, Maliyyə və Mühasibat, Turizm və İaşə, Biznes Müəllimlik Hazılığı.
  • 2010-cu ilin sentyabrında iki universitet arasında olan əməkdaşlıq nəticəsində, Anglia Ruskin Universitetinin Biznes İdarəetməsi üzrə doctor PhD proqramına start verildi.
  • 2010-cu ilin aprelin 28-də keyfiyyət inkişafında ələ etdiyi uğura görə Budapeşt Biznes Məktəbinə" Yüksək təhsil keyfiyyəti” mükafatı verildi
  • 2008-ci ilin sentyabrında ilk müstəqil magistr MA təhsil proqramı olan İqtisadiyyat Müəllimliyinin əsası qoyuldu. Daha sonra 2009-cu ilin fevralında iki yeni proqram olan Marketinq və Turizm Menecmenti, sentyabrında isə üç yeni proqramın Beynəlxalq Münasibətlər, Maliyyə və Mühasibat əsası qoyuldu.


                                     

2.1. Fakültələr və tədris olunan ixitsaslar Beynəlxalq Menecment və Biznes Kolleci

  • İspan dili seksiyası
  • Dillər və Kommunikasiya İnstitutu
  • Alman dili bölməsi
  • İtalyan dili seksiyası
  • Beynəlxalq Biznes Dili departamenti
  • Roman Dilləri bölməsi
  • İngilis dili bölməsi
  • Fransız dli seksiyası
  • Şərqi Dillər, əcnəbi dillər kimi Rus və Macar dilləri bölməsi
  • Şərq Dilləri seksiyası
  • Əcnəbi dillər kimi Rus və Macar dilləri seksiyası
  • Marketinq departamenti
  • Ticarət və Marketinq İnstitutu
  • Sosiyal Kommunikasiya və Mediyaşunaslıq departamenti
  • Tədbiqi Kommunikasiya department
  • Sosiyal Elmlər İnstitutu
  • Beynəlxalqşunaslıq və Avropaşunaslıq departamenti
  • İqtisadiyyat departamenti
  • İqtisadiyyat bölməsi
  • İqtsadiyyat və Metodologiya İnstitutu
  • Metodologiya bölməsi
  • Menecment və İnsan resursları İnstitutu
  • Sahibkarlıq və İnsan Resursları departamenti
  • Beynəlxalq Biznes İqtisadiyyat İnstitutu
  • Fransız dilində İkili Mükafat proqramı
  • Beynəlxalq Biznes Əməliyyatları və Logistika
  • Dünya İqtisadiyyatı
  • Ticarət departamenti
  • İngilis dilində İkili Mükafat proqramı
  • Maliyyə və Mühasibat İnstitutu
  • Maliyyə və Mühasibat Kollecinin Maliyyə bölməsi
  • Ticarət, İaşə və Turizm Kollecinin Fiziki Hazırlıq bölməsi
                                     

2.2. Fakültələr və tədris olunan ixitsaslar Ticarət, İaşə və Turizm Kolleci

  • Turizm və İaşə İnstitutu
  • Turizm departamenti
  • Ticarət İnstitutu
  • İaşə departamenti
  • Metodologiya İnstitutu
  • Xarici Dillər və Kommunikasiya İnstitutu
  • Fiziki Hazırlıq İnstitutu
  • İqtisadiyyat və Sosiyal Elmlər İnstitutu
  • Mütəxəssis Müəllimlər Hazırlığı və Pedaqogika İnstitutu
                                     

2.3. Fakültələr və tədris olunan ixitsaslar Maliyyə və Mühasibat Kolleci

  • Mühasibat departmenti
  • Fiziki hazırlıq departamenti
  • Maliyyə və Mühasibat dili department
  • Metodologiya departamenti
  • Maliyyə departamenti
  • Biznes İnformasiya Sistemləri departamenti
  • İqtisadiyyat departamenti
  • Sahibkarlıq və İnsan resursları departamenti
                                     

2.4. Fakültələr və tədris olunan ixitsaslar Zalaegerszeg Biznes İdarəetməsi Kolleci

  • İctimai Xidmət departamenti
  • İqtisadiyyat və Metodologiya institusional departamenti
  • Menecment və İqtisatiyyatın İnformasiya Texnologiyası departamenti
  • Xüsusi Dillər və Kommunikasiya departamenti
                                     

3. Reytinqi

  • 2007-ci ildə Népszabadság Top 25 Degrees tərəfindən edilən araşdırmaya əsasən, BBS, biznes menecmenti, insane resursları menecmenti, ticarət və marketinq, beynəlxalq biznes, maliyyə və mühasibat sahələrində ən dəyərli dərəcələri və ən keyfiyyətli təhsil verən institutdur.
  • Felvi.hu Rankings 2010-a görə, biznes dərəcə proqramlarının çətinliyinə görə birincidir
  • Felvi.hu Rankings 2010-a görə, BBS, biznes təhsil iqtisadiyyatı keyfiyyətində bütün Macarıstan biznes məktəbləri arasında birincidir
  • Felvi.hu Rankings-ə Milli Ali Təhsil İnformasiya Mərkəzi əsasən, 2011-ci ildə 14 986 ərizəçilərlə, BBS Macarıstanda ən populyar biznes məktəbidir və Eötvös Loránd Universitetindən sonra Budapeştin ən populyar universitetidir.
  • İspaniya Mlli Araşıdrma Şurasına görə, BBS biznes məktəbi olaraq Webometrics-in araşdırmasına görə Macarıstanda 1-ci, Avropada 40-cı, dünyada isə 112-ci yerdədir
  • 2009-cu ildə top menecerlər tərəindən aparılan İqtisadiyyat və Müəssisə Tətqiqat İnstitutunun GVI araşdırmasına əsasən, BBS, maliyyə, mühasibat, iqtisadi analiz, insan resursları menecmenti və turizm menecmenti sahələrində Macarıstanda bütün universitetlər arasında 1-ci yerdədir. Digər biznes və iqtisadi elmlər sahələrində isə top 3-ə daxildir.
  • Heti Válasz Rankings və CEMI Mərkəzi Avropa Menecment Zəkası 2011-ci ildəki biznes menecerləri və insan resursları şirkətlərinin etdiyi araşdırmasına görə, BBS Macarıstan universitetləri arasında birinci yerdədir
  • Engviet.com-a görə, BBS, Avropanın top 100 biznes məktəbləri arasında yeganə Macar biznes məktəbidir


                                     

4. Məşhur məzunları və əməkdaşları

  • Tamaş Erdey Tamás Erdei - MKB Bank-ın baş icraçı direktoru
  • Reka Hamor Réka Hámori – Macarıstan Bank Assosiasiyasının baş iqtisadçısı
  • İmre Stano-oğul Imre Sztanó Jr. - Erste Bank-ın baş icraçı direktorunun müavini
  • İştvan Simiçko István Simicskó – Müdafiə Naziri
  • İlona David Ilona Dávid – Macarıstan Dövlət Dəmir Yolunun baş icraçı direktoru
  • Katalin Levay Katalin Lévai – Bərabər İmkanlar Naziri 2002-2004
  • Qabor Şirinq Gábor Scheiring –" Siyasət başqa cür ola bilər” partiyasının iqtisadiyyat kabinetinin lideri
  • Jolt Mikloş Kiş Zsolt Miklós Kis – hal-hazırda Kənd Təsərrüfatı və İnkişafı Nazirliyinin Dövlət Katibi
  • Ervin Demeter Ervin Demeter – Kəşfiyyat Xidməti Naziri 2000-2002
  • Jolt Katona Zsolt Katona - Budapest Stock Exchange-in baş icraçı direktoru
  • Şandor Çani Sándor Csányi – OTP Bankın prezidenti, Macarıstanın ən varlı adamı
  • Zoltan Varqa Zoltán Varga – Yerli Hakimiyyət Naziri 2008-2010
  • Şandor Demyan - TriGránit-in prezidenti, Macarıstanın ikinci ən varlı adamı
  • Tamaş Halm Tamás Halm – Macarıstan İqtisadiyat Assosiasiyasının Baş katibi 1999-2014
  • İmre Stano Imre Sztanó – Macarıstan Mühasibat Aktının hazırlayan şəxs
  • Çaba Tarşol Csaba Tarsoly - Győri ETO FC sahibi, Macarıstanın 76-cı ən varlı adamı
  • Laslo Bekeşi László Békesi – iki dəfə Macarıstanın Maliyyə Naziri
  • Yudit Qondoş Judit Gondos - hal-hazırda Milli İqtisadiyyat Nazirliyinin Dövlət Katibi
  • Andraş Talay András Tállai - hal-hazırda Milli İqtisadiyyat Nazirliyinin Dövlət Katibi
  • Ferenç Yuhas Ferenc Juhász – Müdafiə Naziri 2002-2006


                                     

5.1. Kampusu Kolleclər

BBS-in əsas binaları Budapeştin müxxtəlif yerlərindədir. Yerli institutlar təkcə üç kollecin mərkəzi binalarından deyil, həmçinin digər binalardan da ibarətdir. Budapeşdin Alkotmani Alkotmány küçəsində Ticarət, İaşə və Turizm Kollecinin, Dioş Layoş Diósy Lajos küçəsində Beynəlxalq Menecment və Biznes Kollecinin və Bujaqon Buzogány küçəsində Maliyyə və Mühasibat Kollecinin binaları və əsas korpusları yerləşir. Dördüncü kollec olan Zalaegerszeg Biznes İdarəetməsi Kolleci isə şəhər kənarında yerləşir. Bu binalardan başqa BBS-in Marko Markó küçəsində valehedici binası da var. Orada rektoratın bəzi ofisləri, BBS Dil İmtahanları Mərkəzi və Ticarət, İaşə və Turizm Kollecinin bəzi ofisləri var. Həmçinin, BBS-in Budapeştdə Liqet Liget küçəsində ali peşə təhsili üçün ayrı binası da yerləşir. Kolleclər, tələbələr üçün geniş xidmətlər göstərir. Yataqxana, iaşə, idman şəraiti, kitabxanalar, laboratoriyalar, kompüter imkanlar və s. bura aid etmə olar. BBS, həmçinin, müxtəlif tətqiqat proqramlarında iştirak edir və əcnəbi və yerli təşkilatlarla əməkdaşlıq edib bu cür araşıdırmalar üçün qrantlara müraciət edir.

                                     

5.2. Kampusu Kitabxanalar

Dörd kollecin ayrı kitabxanaları var, orada tələbələr macar və xarici dilli kitabları və ya jurnalları tapıb istifadə edə bilərlər. Kitabxanlar hamı üçün açıqdır. Beynəlxalq Menecment və Biznes Kollecinin kirabxanasında 100 000 kitab var, Ticarət, İaşə və Turizm Kollecinin kitabxanasında yerli və beynəlxalq tətqiqatçıları cəlb edən iaşəlk sənayəsində dəyərli nəşrlər kolleksiyası mövcuddur. Maliyyə və Mühasibat Kollecinin və Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin kitabxanaları, maliyyə və mühasibat sahələrində ixtisaslaşırlar. Kitabxanalar həmçinin kitabxana şəbəkəsinin üzvləridirlər, buna görə də digər kitabxanalardan da məlumat əldə etmək olar.

                                     

5.3. Kampusu İnformasiya və Kommunikasiya Texnologiyası

Kolleclər müasir kompüterlərlə təchiz olunublar. Minlərlə kompüter, yüksək texnologiya şəbəkəsi və müxtəlif vizual vasitələr, təhsil və tətqiqatlara dəstək verir.

                                     

6.1. Tələbə həyatı Təşkilatlanma

Tələbələr, tələbə həyatlarının maraqlı keçməsi üçün müxtəlif təhsildən kənar təşkilatlanmayla məşğul olurlar, idman və mədəniyyət tədbirləri təşkil edirlər, digər institutlarla əlaqələr qurub saxlayırlar. Məktəbin öz xoru və teatr qrupu var. Biznes məktəbləri tələbələrinin beynəlxalq təşkilatı olan AIESEC, BBS tələbələrinin həyatında mühüm rol oynayır. AIESEC-in ən əsas fəaliyyətinə 80-ə yaxın ölkədə tələbələrə təhsillərni davam etdirilməsinə kömək edən beynəlxalq mübadilə proqramları daxildir.

                                     

6.2. Tələbə həyatı Tələbə yataqxanaları

Hər kollecin ehtiyyacı olan tələbələrə yaşayış yerləri ilə təmin etmək üçün yataqxanaları var. Bu yataqxanalar əsasən kolleclərə yaxın olurlar. Yataqxananın iki və ya dörd çarpayılı otaqları, vanna otaqları, mətbəxləri, yuyucu qurğuları və kommunal otaqları olur. Həmçinin, idman yerləri, istirahət otaqları, internet zalları və tibbi xidmət yerləri də mövcuddur. Ticarət, İaşə və Turizm Kollecinin yataqxanası Budada yerləşir. Beynəlxalq Menecment və Biznes Kollecinin iki yataqxanası var. Bir yataqxanası Kollecin kampusunda, digər yataqxanası isə Maliyyə və Mühasibat Kollecinin yataqxanası ilə birlikdə yerləşir. Maliyyə və Mühasibat Kollecinin yataqxanası Budapeştdə mərkəzi kampusdadır, burada Beynəlxalq Menecment və Biznes Kollecinin tələbələri də qala bilər. Zalaegerszeg Biznes İdarəetməsi Kollecinin yataqxanasında yaşayış şəraitindən başqa, həmçinin geniş təhsil imkanları, idman yerləri və boş vaxtın səmərəli keçməsi üçün şəraitlər yaradılıb.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →