Back

ⓘ Teodorus (Kirenalı)



Teodorus (Kirenalı)
                                     

ⓘ Teodorus (Kirenalı)

Kirenalı Teodorus və ya Ateist Teodor - qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.

                                     

1. Fəlsəfəsi

Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də" Ateist” adlandırılmışdır. O, bu barədə hətta" Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.

Dostluq əslində yoxdur. Maraqlar sona çatan kimi dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir, ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.

Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi əməllərdən ikrah doğuran bir şey yoxdur. Bu anlayışlar təbiətdən deyil, yalnız insan cəmiyyətindən irəli gəlir. Buna görə də, bu anlayışlar haqqında cəmiyyətdə qəbul olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin öz fikri olmalıdır. Bu əməllərə görə ictimai qınaqlar ağılsızların qarşısını almaq üçün tətbiq edilmişdir. Bunlar müdrik insan üçün deyildir.

                                     

2. Mənbə

  • Aydın Əlizadə 2016. Antik fəlsəfə tarixi PDF. 3 saylı Bakı Mətbəəsi ASC. s. 109. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib PDF. İstifadə tarixi: 2016-08-16.
                                     

3. Ədəbiyyat

  • Dorandi, Tiziano 1999. "Chapter 2: Chronology". In Algra, Keimpe; et al. The Cambridge History of Hellenistic Philosophy. Cambridge: Cambridge University Press. p. 52.
  • Filonik, Jakub 2013. "Athenian impiety trials: a reappraisal". Dike 16: 75–76. doi:10.13130/1128-8221/4290.
  • Aydın Əlizadə 2016. Antik fəlsəfə tarixi PDF. 3 saylı Bakı Mətbəəsi ASC. s. 109. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib PDF. İstifadə tarixi: 2016-08-16.
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →