Back

ⓘ Enerji



Enerji
                                     

ⓘ Enerji

Enerji - fiziki kəmiyyət.

Onun işarəsi E -dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Sİ ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir.

Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankine tərəfindən tətbiq edilir. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn, "saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi. Başqa enerji termiki, kimyəvi və b. formalarında qüvvənin tətbiqi mənasız idi.

                                     

1. Enerji formaları

Fiziki proseslərdə bir neçə enerji forması mövcuddur. Onları bir neçə qrup daxilində birləşdirmək mümkündür. Enerji forması onun daxil olduğu qrupdan asılı olmayaraq sistemin halını göstərən xarakteristik kəmiyyətdir. Burada enerjinin saxlanması qanunu hökm sürür, yəni qapalı sistemin ümumi enerjisi həmişə sabitdir. Yalnız sistemə kənardan təsir etdikdə əlavə enerji verdikdə onun ümumi enerjisi dəyişir.

                                     

1.1. Enerji formaları Elektrik enerjisi

  • Elektrik enerjisi elektrik yüklərin elektrostatik sahədə malik olduqları potensial enerjisir. Onları ancaq böyük həddə saxlamaq mümkün deyil.Elektrik stansiyalarında və batareyyalardan bu enerji istilik və yakimyəvi enerjidən alınaraq istehlakçılara çatdırlır və orada başqa enerji formalarına çevrilir. Maqnit enerji yalnız maqnit sahələrdə mövcuddur.
                                     

1.2. Enerji formaları Daxili enerji

  • Termiki enerjinin, maqnit sahəsində yaranan enerji, kimyəvi və atomar enerjilərin cəmi daxili enerji adlanır. Burada söhbət kinetik və potensial enerjidən kənara çıxır. Ona çox vaxt molekulların kinetik enerjiləri və onların qarşılıqlı potensial enerjilərinin də cəmi kimi baxılır.
                                     

1.3. Enerji formaları İstilik enerjisi

  • Termiki və ya istilik enerjisi materialın tərkibində atom və ya molekulaların qarışıq xaotik hərkəti zamanı yaranır. Termiki enerjinin yaranması termodinamikada bəhs olunur. Buna misal olaraq buzun əriməsi və buxarın əmələ gəlməsində enerjinin daxil edilməsi zamanı baş verən prosesləri göstərmək olar.
                                     

1.4. Enerji formaları Potensial enerji

  • Cismin və ya onun hissəciklərinin qarşılıqlı təsiri zamanı malik olduğu enerji "potensial enerji"adlanır lat."potenita"-güc, imkan.
                                     

1.5. Enerji formaları Kinetik enerji

  • Cismin hərəkət enerjisi "kinetik enerji"adlanır yun."kinetikos-hərəkətə gətirən.
                                     

2. Enerji istehlakçısı

BP şirjkətinin tədqiqatına görə 2010-cu ilin yekununa görə Çin dünyada enerji istehlakına görə birinciliyə çıxdı. Çin dünya enerji istehlakının 20.3%, ABŞ isə 19%. malikdir. Ötən ilə qədər bu birincilik ABŞ-da idi.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →