Back

ⓘ Park Cinema



Park Cinema
                                     

ⓘ Park Cinema

Şəbəkənin kinoteatrları Park Bulvar, Metro Park, Zagulba Ticarət Mərkəzi, Alov qüllələrinin ticarət mərkəzi, dənizqırağı Amburan əyləncə kompleksi, eləcə də, Masallıda yerləşir.

Park Cinema Azərbaycanda IMAX formatının yeganə nümayəndəsidir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Socialbakers -ə görə Park Cinema səhifəsi istifadəçilərin sorğularının 98%-ni cavablandırdığına görə sertifikat alıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb.

                                     

1. Kinoteatrlar

  • Amburan – kinoteatr dənizqırağı Amburan əyləncə kompleksində yerləşir. Azərbaycanda açıq havada yeganə olan kinoteatrdır.
  • Alov qüllələri kompleksi – kinoteatr Alov qüllələrində yerləşir. 282 tamaşaçını yerləşdirən Azərbaycanda ilk IMAX formatlı zal daxil olmaqla, kinoteatr 6 zal, 800 oturacaqdan ibarətdir. Standart zallar RealD 3D texnologiyası, gümüş örtüklü ekranlar və Couple Seats oturacaqları ilə təchiz olunub.
  • Metro Park – şəbəkənin ən tutumlu, rahat mühitli kinoteatrı hesab olunur. Nərimanov metrostansiyasının yaxınlığında yerləşir. Metro Park TM-nin 6-cı mərtəbəsində yerləşir, 6 zalı, 1034 oturacağı var. Kinoteatrın üstünlüyü ondan ibarətdir ki, TM-dən ayrıca yerləşir, və bunun sayəsində TM-nin səs-küyü qonaqlara mane olmur.
  • Park Bulvar – şəbəkənin birinci ən məşhur kinoteatrı hesab olunur. Bir çox distribüsiya şirkətlərinin rəsmi məlumatlarına görə Azərbaycanın ən ziyarət edilən kinoteatrı kimi tanınır. Park Bulvar TM-nin 4-cü mərtəbəsində yerləşir, VİP ilə birlikdə 6 kinozalı, 789 oturacaq yeri, VİP bar ilə birlikdə 3 barı var. Kinoteatr Dolby Digital səs sistemi, ən yaxşı 3D texnologiyası kimi qəbul edilmiş RealD 3D Azərbaycanda yeganə və gümüş örtüklü, filmləri daha yaxşı əks etdirən, 3D effektinin dərinliyinə təsir edən çökük ekran ilə təchiz olunub.
  • Zagulba – kinoteatr Zagulba Ticarət Mərkəzində yerləşir. 2D və 3D formatlı 4 zal, 576 oturacaq yer və zəngin barlı geniş foyeyə malikdir.
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →