Back

ⓘ Rusiya Coğrafiya Cəmiyyəti



Rusiya Coğrafiya Cəmiyyəti
                                     

ⓘ Rusiya Coğrafiya Cəmiyyəti

Rusiya Coğrafiya Cəmiyyəti - Rusiya Federasiyasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Paris, Berlin və Londonda yaradılmış təşkilatlardan sonra dünyanın ən qədim coğrafiya cəmiyyətidir. Mərkəzi qərargahı Sankt-Peterburq şəhərində yerləşir. Rəhbəri Sergey Şoyqudur.

                                     

1. Rəsmi adları

Cəmiyyət mövcudluğu dövründə dəfələrlə öz adını dəyişdirmişdir:

  • 1845 - 1850 Rusiya Coğrafiya Cəmiyyəti rus. Русское Географическое Общество РГО)
  • 1850 - 1917 İmperator Rusiya Coğrafiya Cəmiyyəti rus. Императорское Русское Географическое Общество ИРГО)
  • 1992 - 1995 Rusiya Coğrafiya Cəmiyyəti rus. Русское географическое общество РГО)
  • 1940 - 1992 SSRİ Coğrafiya Cəmiyyəti və ya Ümumittifaq Coğrafiya Cəmiyyəti rus. Географическое общество СССР или Всесоюзное географическое общество ВГО)
  • 1995-ci ildən "Rusiya Coğrafiya Cəmiyyəti" Ümumrusiya İctimai Təşkilatı rus. Всероссийская общественная организация "Русское географическое общество" ВОО "РГО")
  • 1917 - 1925 Rusiya Coğrafiya Cəmiyyəti rus. Русское Географическое Общество РГО)
  • 1925 - 1939 Dövlət Coğrafiya Cəmiyyəti rus. Государственное географическое общество ГГО)
                                     

2. Cəmiyyətin qəyyumları və himayəçiləri

Cəmiyyətə müxtəlif vaxtlarda bir sıra dövlət başçıları qəyyumluq və himayəçilik etmişlər:

  • 2009-cu ilin noyabr ayından Vladimir Putin
  • II Aleksandr
  • I Nikolay
  • II Nikolay
  • III Aleksandr
                                     

3. Rəhbərlik

Müxtəlif illərdə Rusiya Coğrafiya Cəmiyyətinə Rusiya İmperator Evinin nümayəndələri, tanınmış səyahətçilər, tədqiqatçılar və dövlət adamları rəhbərlik etmişdir.

1845-ci ildən indiyədək, cəmiyyətin cəmi 12 rəhbəri olub. Hazırda cəmiyyətə rəhbərliyi prezident edir. 2009-cu ilin noyabr ayından rəhbəri ordu generalı Sergey Şoyqudur. O, həm də Rusiya Federasiyasının müdafiə naziridir.

Fəxri prezidentləri

  • 1940 - 1945 - Vladimir Komarov
  • 2000 - hal-hazırda - Vladimir Kotlyakov
  • 1931 - 1940 - Yuli Şokalski

İdarəetmə orqanları

Mövcud Nizamnamənin 5-ci hissəsinə görə cəmiyyətin idarəetmə orqanlarının strukturuna aşağıdakılar daxildir:

  • Himayəçilər Şurası;
  • Təftiş Komissiyası.
  • Cəmiyyətin prezidenti;
  • Media Şurası;
  • İdarə Şurası;
  • Elmi Şura;
  • Ağsaqqallar Şurası;
  • Konqres;
  • İdarə Heyəti;
  • Regionlar Şurası;

Cəmiyyətin Moskva və Sankt-Peterburq şəhərlərində qərargahları var.



                                     

4. Üzvləri

1917-ci ilə qədər cəmiyyətin təxminən min üzvü var idi.

2016-cı ilin avqust ayına olan məlumata görə 19 min üzvü olmuşdur. Hazırda onun nümayəndələri Ural, sibir, Uzaq şərq, Hindistan, İran və digər ərazilərin araşdırması və təhlilində müstasna rola malikdirlər.

Rusiya Federasiyasının bütün 85 regionunda şöbələri fəaliyyət göstərir.

                                     

5. Strukturu

  • Siyasi-iqtisadi komitə
  • Riyazi coğrafiya bölməsi
  • Statistika bölməsi
  • Etnoqrafiya bölməsi
  • Seysmik komissiya
  • Fiziki coğrafiya bölməsi
  • Arktikanın araşdırılması üçün komissiya
                                     

6. Qurultayları

  • 2010 - XIV Sankt-Peterburq
  • 1985 - VIII Kiyev
  • 1964 - IV Moskva
  • 1947 - I Leninqrad
  • 2005 - XII Kronştadt
  • 1980 - VII Frunze
  • 1975 - VI Tbilisi
  • 1955 - II Moskva
  • 1990 - IX Kazan
  • 2000 - XI Arxangelsk
  • 1933 - Ümumittifaq coğrafiyaçılarının qurultayı Leninqrad
  • 2014 - XV Moskva
  • 1995 - X, yubiley Sankt-Peterburq
  • 1960 - III Kiyev
  • 1970 - V Leninqrad
  • 2009 - XIII, növbədənkənar Moskva
                                     

7. Regional ofisləri

Cəmiyyətin ilk "periferik şöbələri" Qafqaz üzrə 1850-ci ildə Tiflisdə, Sibir üzrə isə 1951-ci ildə İrkutskda yaradılmışdır.

Cəmiyyətin digər filialları Vilnüs 1867, Orenburq 1867, Kiyev 1873, Omsk 1877, Xabarovsk 1894, Daşkənd 1897 və digər şəhərlərdə yaradılmışdır. Vilnüs və Kiyevdəki şöbələr 1876-cı ildə fəaliyyətlərini dayandırmışlar.

Bəzi təşkilatlar tamamilə müstəqil idi - məsələn, Amud rayonunun öyrənilməsi üzrə Cəmiyyət 1884-cü ildə Vladivostokda yaradılmış və yalnız 1894-cü ildə rəsmi olaraq Rusiya Coğrafiya Cəmiyyətinə daxil edilmişdir.

1917-ci ilə qədər cəmiyyətin on bir bölməsi var idi.

Hazırda Rusiya Federasiyasının bütün subyektlərində Rusiya Coğrafiya Cəmiyyətinin filialları var.

                                     

8. Ədəbiyyat

  • Константинов О. А. Сто двадцать пять лет Географическому обществу СССР. Л., 1970.
  • Часть III-я. Отдел V, Приложения, Указатель и состав Общества. - VIII, 983 - 1377, 66 с.
  • Часть II-я. Отдел IV. - XI, 471 - 979 с.
  • Географическое общество Союза ССР. 1917 - 1967 / Авт сост.: И. Б. Костриц, Д. М. Пинхенсон; Под ред. чл корр. АН СССР С. В. Калесника; Оформление худож. В. И. Примакова. - М.: Мысль, 1968. - 272 с. - 5500 экз.
  • Берг Л. С. Всесоюзное Географическое общество за сто лет. - М Л.: Изд-во АН СССР, 1946. - 264 с. - 5000 экз.
  • Географическое общество за 125 лет / Ред. С. В. Калесник, Л., 1970.
  • Русское географическое общество. 150 лет - М.: АО "Прогресс", 1995.
  • Двадцатипятилетие Императорского Русского Географического общества 13 января 1871 г. СПб., 1872.
  • Часть I-я. - XXX, 468 с.
  • Семёнов-Тян-Шанский П.П. История полувековой деятельности Императорского Русского Географического общества 1845 - 1895: В 3 частях. - СПб.: В тип. В. Безобразова и Комп., 1896.
  • Состав Императорского Русского географического общества по 1 января 1913 года с дополнениями по 1 октября 1913 года. Типография "Строитель". Санкт-Петербург. 1913.


                                     

9. Xarici keçidlər

  • Русское географическое общество, Московский центр официальный сайт с 1999 по 2010 год
  • История РГО
  • Семёнов-Тян-Шанский, Географическо-статистический словарь Российской Империи в 5 томах на сайте "Руниверс"
  • Rusiya Coğrafiya Cəmiyyətinin rəsmi saytı
  • Русское географическое общество, Историко-культурный интернет-портал "Энциклопедия Санкт-Петербурга"
  • Журнал "Земля и люди" о наградах Географического общества АН СССР. Июль 1967.
  • Издания РГО - Электронная библиотека
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →