Back

ⓘ Azərbaycan Şəhid Mədani Universiteti



Azərbaycan Şəhid Mədani Universiteti
                                     

ⓘ Azərbaycan Şəhid Mədani Universiteti

Azərbaycan Şəhid Mədani Universiteti - Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır.

Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir.

"Research Gate"nin son reytinq cədvəlində görə 1716.47 bal toplamışdır.

                                     

1. Tarixi

Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur.

1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi. 2012-ci ildə İranın təhsil siyasətinin dəyişməsi nəticəsində universitetin təhsil təyinatı da dəyişdirildi və o, ümumi təhsil verən universitetə çevrildi. Bundan sonra universitetin adı Azərbaycan Şəhid Mədani Universiteti olaraq dəyişdirildi. Şəhid Mədani Azərşəhrdən Tufarqan olan din xadimidir və İran İslam İnqilabı zamanı öldürülmüşdür.

Hal-hazırda universitet inkişaf etməkdədir və universitet rəhbərliyinin planlarına əsasən bu universitet yaxın müddət ərzində İranın ən yaxşı təhsil və araşdırma mərkəzlərindən birinə çevrilməlidir.

Azərbaycan Şəhid Mədani Universiteti Şimal-qərbi İranda ən yaxşı universitetlərdən biri hesab edilir.

                                     

2. Kampuslar

Əsas kampus Təbriz kənarında, Təbriz-Marağa yolunda, Azərşəhr və Mamağan yaxınlığında, Təbrizdən 35 km məsafədə yerləşir. Adminstrativ hissə, fakültələr, tələbə yataqxanalarının əksəriyyəti, labaratoriyalar, emalatxanalar və amfiteatrlar əsas kampusda yerləşir. Əsas kampus həmçinin, qatar stansiyasına, 3 restorana, çörəkçiyə, sağlamlıq mərkəzinə və ticarət mərkəzinə malikdir.

Təbriz kampusu Təbriz yaxınlığındakı Dampezeşki adlanan yerdə yerləşir. 2013-cü ildə yaradılan bu kampusda əsasən bakalavr pilləsindən yuxarı pillələrdə təhsil alan elm adamları fəaliyyət göstərirlər. Bu kampusda magistr səviyyəsində tədris edilən sahələr:

  • Struktur mühəndisliyi
  • Elektrik enerjisi mühəndisliyi
  • Analitik kimya
  • Riyaziyyat
  • Nəzəri fizika

Doktorantura səviyyəsində tədris edilən sahələr:

  • Analitik kimya
  • Atom və molekulyar fizika

Təbriz kampusunda həmçinin Virtual və distant təhsil mərkəzi də fəaliyyət göstərir. Universitetin yay və qısa kursları da bu kampusda tədris edilir.

                                     

3. Tələbə cəmiyyətləri

Universitetin akademik, idman və digər sahələrdə fəaliyyət göstərən tələbə assosiasiyası və cəmiyyətləri vardır:

  • Xeyriyyə Assosiasiyası
  • Ədəbiyyat Akademik Cəmiyyəti
  • Musiqi Assosiasiyası
  • Fotoqrafiya və Fim Assosiasiyası
  • Fizika Akademik Cəmiyyəti
  • Tələbə Materialları Assosiasiyası
  • Təməl Elmlər Akademik Cəmiyyəti
  • Botanika Akademik Cəmiyyəti
  • Mühəndislik Akademik Cəmiyyəti
  • Qırmızı Aypara Assosiasiyası
  • Poeziya və Ədəbiyyat Assosiasiyası
                                     

4. Beynəlxalq əlaqələr

Azərbaycan Şəhid Mədani Universitetinin Orta Şərqdə, Avropada və Asiyada bir çox universitet və inistitutlarla əməkdaşlıq və mübadilə proqramları vardır. Onlardan bəziləri bunlardır:

  • Siirt Universiteti Türkiyə
  • Xəzər Universiteti Azərbaycan
  • Qəbzə Texniki Universiteti Türkiyə
  • Yüzüncü İl Universiteti Türkiyə
  • BBCA İnistitutu İtaliya
  • Kanazava Universiteti Yaponiya
                                     

5. Nəqliyyat

Tehran-Təbriz dəmiryolu xəttinin universitet ərazisindən keçməsinə görə Azərbaycan Şəhid Mədani Universiteti İranda özünün dəmiryolu stansiyası olan yeganə universitetdir. Həmçinin universitetə məxsus olan tramvay hər iş günündə 4 dəfə Təbriz və universitet arasında gediş-gəliş edir. 2016-cı ilin aprel ayında bu tramvaya yeni vaqonlar da qoşulmuşdur.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →