Back

ⓘ FİFA Dünya Kuboku



FİFA Dünya Kuboku
                                     

ⓘ FİFA Dünya Kuboku

FİFA Dünya Kuboku - Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur.

                                     

1. Tarixi

Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0-0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi. Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.

Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədi ilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.

                                     

2. Nəticələr

Qeyd:

1 1930-cu ildə III yer uğrunda təsəlliverici final oyunu keçirilməyib. ABŞ və Yuqoslaviya yarımfinalda məğlub olub.

2 1950-ci ildə rəsmi final və təsəlliverici final oyunları keçirilməyib. Çempionluq uğrunda mübarizə 4 komandanın iştirakı ilə keçirilən qrup turnirindən ibarət olub. Lakin Uruqvayın Braziliyaya 2:1 hesabı ilə qalib gəldiyi oyunu de-fakto final oyunu adlandırmaq olar.

                                     

3. Rekordları

Ən böyük hesablı qələbələr

  • 1954-cü il. Macarıstan – Cənubi Koreya – 9:0, 1974-cü il. Yuqoslaviya – Zair – 9:0, 1982-ci il: Macarıstan – Salvador – 10:1

Ən erkən qolun müəllifi

  • Hakan Şükür: 2002-ci il. Türkiyə - Cənubi Koreya – 3:2 11-ci saniyə

Ən çox iştirak edən futbolçu

  • Antonio Karbaxal Meksika, 1950-1966, Lotar Matteus Almaniya, 1982-1998 – hərəsi 5 dəfə

Ən çox oyun keçirən futbolçu

  • Lotar Matteus – 25 oyun

Ən çox qol vuran

  • Miroslav Kloze Almaniya, 2002-2014 – 16 qol

Bir turnirdə ən çox qol vuran

  • Jüst Fonten Fransa, 1958-ci il – 13 qol

Bir oyunda ən çox qol vuran

  • Oleq Salenko Rusiya, 5 qol. 1994-cü il. Rusiya – Kamerun – 6:1

Ən gənc futbolçu

  • Pele Braziliya, 17 yaş 249 gün. "Futbol Kralı" bu yaşda qol vurmaqla da rekordçudur.

Ən yaşlı futbolçu

  • Fərid Mondraqon Kolumbiya, 43 yaş 3 gün

Futbolçu kimi ən çox dünya çempionu

  • Pele Braziliya, 3 qat dünya çempionu 1958, 1962, 1970

Futbolçu və məşqçi kimi ən çox dünya çempionu

  • Mario Zaqallo Braziliya, 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 1994-ci ildə ikinci məşqçi kimi

Tam medal komplektinə sahib olanlar

  • Franst Bekkenbauer, Xorst-Diter Xettqes, Volfqanq Overat,Miroslav Kloze hamısı Almaniya

Ən çox iştirak edən yığma

  • Braziliya – 20 dəfə bütün turnirlərdə iştirak edən yeganə yığmadır

Ən çox uduzan yığma

  • Meksika – 21 dəfə

Finalda ən çox oynayan yığma Almaniya – 8 dəfə

Ən çox oyun keçirən məşqçi

  • Helmut Şön Almaniya, 1966-78 – 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir 16 dəfə

Baş məşqçi kimi ən çox dünya çempionu olan

  • Vittorio Pottso İtaliya, 1934 və 1938 – 2 dəfə

Ən çox oyun idarə edən hakim

  • Ravşan İrmatov Ğzbəkistan, 2010-2014 – 8 dəfə

Ən erkən sarı vərəqə

  • Campyero Marini İtaliya DÇ-82-də Polşa, Sergey Qorlukoviç SSRİ DÇ-1994-də İsveçlə görüş, hər ikisi oyun başlamamış

Ən erkən qırmızı vərəqə

  • Xose Batista Uruqvay DÇ-86-da Şotlandiya ilə oyun, 56-cı saniyə

Ən çox sarı və qırmızı vərəqə olan mundial

  • DÇ-2006 - 56 oyunda 310 sarı, 25 qırmızı. Bir oyunda ən çox sarı və qırmızı vərəqə da həmin mundialda olub. Belə ki, rusiyalı hakim Valentin İvanov Portuqaliya – Hollandiya görüşündə hər komandaya 2 olmaqla 4 qırmızı vərəqə göstərib. O, portuqaliyalı futbolçulara 9 sarı vərəqə verib.
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →