Back

ⓘ 2006 FİFA Dünya Kuboku



2006 FİFA Dünya Kuboku
                                     

ⓘ 2006 FİFA Dünya Kuboku

2006 FİFA Dünya Kuboku - 2006-cı il 9 iyun-da Münhendə yerli Almaniyanın Kosta Rikaya qarşı oyunu ilə başlamış, 2006-cı il 9 iyul-da Berlindəki final matçı ilə sona yetən sayca XVIII Dünya Kuboku turniri. Almaniya turniri keçirmə haqqını 2000-ci ildə FİFA tərəfindən keçirilən səsvermədə İngiltərə, Cənubi Afrika Respublikası, Braziliya və Mərakeşi geridə qoyaraq qazanmışdır. Səsvermə Almaniya tərəfindən hiylə işlədildiyi iddiası ilə qalmaqallı bitmiş, nəticədə FİFA növbəti turnirin CAR-da keçirilməsinə qərar vermişdir.

Səkkiz komanda çempionatda ilk dəfə olaraq iştirak etdi. Bu komandalar Anqola, Qana, Kot-d’İvuar, Serbiya və Monteneqro, Toqo, Trinidad və Tobaqo, Ukrayna, Çexiya milli komandaları idi.

Dünya çempionatları tarixində ikinci dəfə oyunsonrası penaltilər təyin olundu. İtaliya komandası çempion adına layiq görüldü.

                                     

1. Komandalar

Dünya Kubokunun final mərhələsində iştirak edən komandalar aşağıdakılardır. Mötərizədə komandaların püşkatma üçün sıralamaları göstərilmişdir. Bu sıralama iki faktora görə müəyyən olunmuşdur:

  • Son illərdə FİFA reytinq cədvəlindəki yeri.
  • Komandaların son iki Dünya Kubokundakı nəticələri və;
                                     

2. Qruplar

Xal Sistemi

Komandalara qrup mərhələsindəki hər qələbəyə görə 3 xal, heç-heçə nəticəsinə 1 xal, məğlubiyyətə görə isə 0 xal verilir.

Qrup mərhələsinin oyunları

Cədvəllərdə aşağıdakı qısaltmalardan istifadə olunmuşdur:

  • M – Məğlubiyyətlərin cəmi
  • QF – Qol fərqi VQ-BQ
  • H – Heç-heçə oyunların cəmi
  • VQ – Vurulmuş qolların sayı
  • O – Oynanmış oyunların sayı
  • BQ – Buraxılmış qolların sayı
  • Xal – Qazanılmış xalların cəmi
  • Q – Qələbələrin cəmi

Bütün vaxtlar yerli vaxtla göstərilmişdir. Qrinviç+1 saat

                                     

3. Bombardirlər

Turnirin sonunda ən çox qol vurmuş futbolçuya Adidas Qızıl Ayaqqabı Mükafatı təqdim ediləcək.

2 qol
  • David Villa
  • Omar Bravo
  • Ernan Krespo
  • Auqustin Delqado
  • Tim Keyhil
  • Miroslav Klose
  • Tomaş Rosiski
  • Paulo Vançop
  • Karlos Tenorio
  • Maksi Rodrigez
                                     

4. Xarici keçidlər

  • 2006 FİFA Dünya Kuboku rəsmi saytı Arxivləşdirilib 2006-06-15 at the Wayback Machine
  • 2006 FİFA Dünya Kuboku stadion siyahısı Arxivləşdirilib 2006-06-16 at the Wayback Machine
Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →