Back

ⓘ Kaliforniya Texnologiya İnstitutu



                                     

ⓘ Kaliforniya Texnologiya İnstitutu

Kaliforniya Texnologiya İnstitutu - Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır.

                                     

1. Tarixi

Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır.

Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır. Teodor von Karman bu işə cəlb edilib. Karman 1926-cı ildə Reaktiv təkan laboratoriyasını yaradaraq institutun dünyanın raket elmi mərkəzinin ayrılmaz bir hissəsinə çevrilməsində mühüm rol oynayıb. 1928-ci ildə isə Tomas Hunt Morqanın rəhbərliyi altında biologiya fakültəsinin əsası qoyulub. ABŞ-da dövrünün ən məşhur bioloqu olan Tomas Hunt Morqan irsiyyətdə gen və xromosomların rolunu kəşf etmişdi. 1930-cu ildə professor Corc Mak Qinitin hamiliyi ilə Korona del Marda Kerkof Marin laboratoriyası yaradıb. 1928-ci ildə isə Palomar rəsədxanası fəaliyyətə başlamışdı.

R.E.Milikan "icraçı şuranın sədri" prezidenti kimi 1921-ci ildən 1945-ci ilə qədər fəaliyyət göstərmişdi. Onun nüfuzu o qədər yüksək olub ki, hətta institutu "Milikanın məktəbi" adlandırmlışlar.

Müasir dövrdə Kaltek kiçik, lakin diqqəti cəlb edən bir təhsil ocağıdır. Təxminən 293 professoru, 66 tədqiqat fakültəsi, 104 görkəmli professor heyəti, 5000 doktoru olan Kaltek İnstitutu özəl təhsil müəssisəsi kimi Təsisçilər heyəti tərəfindən idarə olunur.

                                     

2. Akademik bölmələr

İnstitut aşağıdakı bölmələrdən ibarətdir:

  • Geoloji və planet elmləri.
  • Mühəndislik və tətbiqi elmlər.
  • Fənlərarası proqramlar.
  • Fizika, riyaziyyat və astronomiya.
  • Bəşəriyyət və sosial elmlər.
  • Biologiya, kimya və kimya mühəndisliyi.
                                     

3. Yataqxana sistemi

XX əsrin əvvəllərindən Kaltekdə tələbələrin qaldıqları yataqxanaların tələbə-qardaşlıq klublarına çevrilməsi qərara alınıb. Beləliklə, burada 4 tələbə şəhərciyi tikilib. 1960-cı ildə əlavə 3 şimal tələbə şəhərciyi salınıb.

                                     

4. Tədris

Kaltek İnstitutunda oxumaq heç də asan deyil. Hətta burada oxumaq digər Amerika universitetlərində oxumaqdan çətin hesab edilir. Tələbələr az bir zaman ərzində kifayət qədər çox informasiyanı mənimsəməlidirlər. çox zaman bu prosesi "nəhəng su kəmərindən su içmək" prosesi ilə müqayisə edirlər. Kaltekdə təhsil həyatını çox zaman bir aforizmlə səciyyələndirirlər: "Təhsil, yuxu, ictimai həyat: üçündən ikisini seç". Ali məktəbin ən məşhur fakültəsinin fizika fakültəsi olmasına baxmayaraq, son zamanlar rektor Şamo Kaltekin reytinqini biologiya sahəsində də yüksəltməyə çalışır. Tədris ocağında fənlərarası proqram olan "Hesablama və neyron sistemlər" də tədris olunur.

                                     

5. Fakültələr

Kaltek hər bir tələbə və aspiranta bir neçə ixtisaslaşmada təhsil təklif edən altı bölmədən ibarətdir:

  • İnformatika.
  • Materialşünaslıq.
  • Elektrik enerjisi.
  • Aeronavtika GALCIT.
  • Kimya mühəndisliyi.
  • Mexaniki mühəndislik.
  • Mühəndislik və tətbiqi elmlər
  • Biologiya bölməsi.
  • Tətbiqi və hesablama riyaziyyatı.
  • Kimya;
  • Vətəndaş quruculuğu.
  • Kimya və kimya mühəndisliyi bölməsi.
  • Tətbiqi mexanika.
  • Geologiya və planetologiya bölməsi
  • Geofizika.
  • İngilis dili.
  • Humanitar və ictimai elmlər bölməsi
  • Tarix və elmlərin fəlsəfəsi.
  • Tarix.
  • İctimai elmlər.
  • Biznes iqtisadiyyatı və menecment.
  • İctimai elmlər bölməsi
  • İqtisadiyyat.
  • Tətbiqi fizika.
  • Geokimya.
  • Planetologiya.
  • Geobiologiya və astrobiologiya.
  • Hesablama və neyron sistemi.
  • Astronomiya.
  • Tənzimləmə və dinamik sistemlər.
  • Fizika.
  • Elm və ətraf mühitin mühəndisliyi.
  • Riyaziyyat.
  • Biokimya.
  • Fizika, riyaziyyat və astronomiya bölməsi
  • Biofizika.
  • Bioenerji.


                                     

6. Tələbələr üçün proqram

Digər Amerika ali məktəblərindən fərqli olaraq, Kaltek tələbələri 4 il deyil, 5 il təhsil alırlar. Kaltekdə tədris olunan ixtisaslar əsas və əlavə ixtisaslara bölünmür. Tələbələr bir və ya iki fənn üzrə müxtəlif bölmələrdə ixtisaslaşa bilərlər.

Kaltek dəqiq elmlər üzrə icbari kurs proqramları ilə digər ali məktəblərdən seçilir. Bütün tələbələr 5-3 semestr riyaziyyat, diferensial bərabərlik və statistika, 5 semestr fizika, kvant mexanikası, 2 semestr kimya və 3 semestr biologiya keçirlər. Bütün tələbələr tədrisin 2 semestrini laboratoriya şəraitində aparmalı, 12 semestr humanitar və ictimai elmlər sahəsində kurs keçməlidirlər.

Burada tədris proqramlarının ağırlığına baxmayaraq, çox az sayda tələbə institutdan çıxır, yaxud da digər institutlara göndəriş alır. İlk iki semestrdə tələbələrə məqbul və qeyri-məqbul qiymətlər verilir ki, bu da məktəbdən universitetə keçid faktorunu bir qədər yüngülləşdirir. Burada tələbələr yarışmır, ev tapşırıqlarında bir-birinə kömək edir. Beləliklə, yaxşı oxumayan tələbələr də materialı mənimsəyə bilir və geriləmirlər.

Kaltek İnstitutunun tələbələrinin əksəriyyəti tədqiqat işlərində iştirak edir. Bu, əksər hallarda Yay tədqiqat işləri proqramı çərçivəsində həyata keçirilir. Tələbələr müvafiq tədqiqat işlərini dərs ili ərzində də apara bilərlər. Onlar tədqiqat işlərində professorlarla birgə işləyirlər və onların yazdıqları işlərin demək olar ki, əksər hissəsi qrantlar qazanır.



                                     

7. İnstituta qəbul

Kaltek İnstitutuna qəbul rəqabət əsasında aparılır. ABŞ-dan və dünyanın hər bir yerindən Kaltek İnstitutuna oxumağa gəlirlər. Bu tələbələr elmə olan qeyri-adi maraq və bacarıqlarını bölüşür, dərin elmi biliklərə yiyələnirlər. Tələbələrə instituta qəbul üçün ərizə formasını doldurarkən diqqətli olmaq və bütün suallara tam cavab vermək tövsiyə edilir. çünki Kaltek İnstitutunda oxumaq istəyən hər bir tələbənin ərizəsinə diqqətlə baxılır.

                                     

8. Dünya elminə verdiyi töhfələr

İnstitutun məzunları sırasında elm və texnologiya sahəsində əldə etdiyi uğurlarına görə müxtəlif Nobel laureatları var. Robert A. Milikan 1923-cü ildə fizika, Tomas Hunt Morqan 1933-cü ildə fiziologiya və tibb, Edvin M. Mak Millan 1951-ci ildə kimya, Corc Bidl 1958-ci ildə fiziologiya və ya tibb sahələrindəki xidmətlərinə görə təltif ediliblər.

Hamının istifadə etdiyi qlobal informasiya məkanı olan İnternetin yaradılması da məhz institutun adı ilə bağlıdır. 2 sentyabr 1969-cu ildə 20 tədqiqatçıdan ibarət qrup Kaliforniya İnstitutunda Len Klyanrokun laboratoriyasında toplaşaraq, təxminən uzunluğu 3 metr olan kabel vasitəsilə bir kompüterdən digər kompüterə məlumat göndərməyə başlamışdır. Bununla da İnternetin prototipi olan "Arpanet" şəbəkəsinin yaradılması prosesinin əsası qoyulub. XX əsrin 90-cı illərində isə Avropa Nüvə Tədqiqatları Mərkəzinin fiziki Tim Bernes-Li məsafədə olan məlumatlara yeni və olduqca daha asan çıxış üsulunu, yəni qlobal şəbəkəni icad edəndən sonra isə İnternetdən kütləvi istifadə imkanı yaranıb.

                                     

9. Müasir vəziyyəti

Kaliforniya Texnologiya İnstitutunun missiyası bəşəri bilikləri genişləndirmək və cəmiyyətə təhsillə inteqrasiya olmuş tədqiqatla fayda verməkdən ibarətdir. Bu təhsil ocağı elm və texnologiya sahəsində həlli vacib olan problemləri kollegial, elmlərarası bir atmosferdə araşdırır, öz tələbələrini cəmiyyətin yaradıcı və faydalı üzvlərinə çevirmək üçün fəaliyyət göstərir.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →