Back

ⓘ İdman



                                               

İdman

İdman - insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir.

                                               

İdman TV

İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Veril ...

                                               

Gənclər və İdman Nazirliyi (Azərbaycan)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi - Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.

                                               

Quzanlı Olimpiya İdman Kompleksi

Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionu - Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur. Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir.

                                               

Heydər Əliyev adına İdman Arenası

Heydər Əliyev adına İdman-Konsert Kompleksi Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən biridir. İdman-Konsert Kompleksinin inşasına 1977-ci ildə Bakının Tbilisi prospektində başlanılıb. İKK 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Kompleks 7.8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgilə ...

                                               

Gəncə Olimpiya İdman Kompleksi

Gəncə Olimpiya İdman Kompleksi - Azərbaycan Respublikasının Gəncə şəhərində yerləşən olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur

Bakı İdman Sarayı
                                               

Bakı İdman Sarayı

Bakı İdman Sarayı, Bakı İdman Zalı və ya Əl Oyunları Sarayı - 2015-ci ilə qədər rəsmi adı Bakı Əl oyunları Sarayı idi. 1974-cü ildə inşa olunan idman qurğusu Bakı şəhərində Xəzər dənizinin sahilində və Bakı Bulvarının ətrafında yerləşir. Tarix ərzində idman qurğusunda badminton, cüdo, futzal, güləş, stolüstü tennis, taekvondo və voleybol idman növlərində müxtəlif ölkə daxili və beynəlxalq yarışlar baş tutub.

İdman avtomobili
                                               

İdman avtomobili

İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.

                                               

İdmançı

İdmançı - idman və insan mənalarını özündə birləşdirən söz,hər hansısa idmanla məşğul olan insan anlamına gəlir. İdmançı havalimanı - ABŞ-nın Oreqon ştatında yerləşən ictimai havalimanı İlin İdmançısı - İngiltərədə idman xəbər qəzetinin apardığı səsvermə

                                               

Beynəlxalq İdman Jurnalistləri Günü

Beynəlxalq İdman Jurnalistləri Günü - hər il 2 iyul tarixində qeyd olunan idman jurnalistlərinin beynəlxalq peşə bayramı Hər il 2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Məhz bu tarixdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası AİPS yaradılıb. 1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan bu təşkilatın artıq 86 yaşı tamam olur. Assosiasiyaya 150-dən artıq ölkənin milli təşkilatı üzvdür.

Bədən tərbiyəsi
                                               

Bədən tərbiyəsi

Bədən tərbiyəsi - insanın həyat tərzindən asılı olaraq öz sağlamlığına və fiziki vəiyyətinə düzgün davranış mədəniyyətinin formalaşmasıdır.B.t. sağlamlığı qorumaq və fiziki-idman fəaliyyətin sistemi, bədən və ruhun sağlamlığı və vəhdəti barədə məlumata malik olmaq, mənəvi və fiziki qüvvələrin inkişafı ilə səciyyələnir.

Çempion
                                               

Çempion

Çempion - hansısa bir yarışda, əsasən idman yarışında qalib olmuş şəxs. İdman növlərində ən yüksək ad - dünya çempionudur. Olimpiya oyunlarına qalib gəlmiş idmançı və ya komanda olimpiya çempionu adlanır. İkinci yeri tutanlar gümüş medalla mükafatlanırla və qeyri-rəsmi şəkildə "vitse-çempion" adlanırlar. Brokhauz və Efronun ensiklopedik lüğətində çempion orta əsrlərdə yarışlarda şbaşqasının yerini tutanlara, imkansız insanların müdafiəsinə qalxanlara deyilir.

                                               

Döyüş sənəti

Şərq döyüş növləri nin tarixi Şaolin Məbədinə əsaslanır. Çində, Yaponiyada, Koreyada və digər Asiya ölkələrində yaranan bu döyüş növlərinin qismən də olsa bir-birinə oxşamasına səbəb onların Şaolin Məbədində yaranan Uşu ilə sintezidir. Belə ki, Kunq Fu yarandğı vaxtlarda onu çinlidən başqasına öyrətmək qadağan idi. Lakin bəzi çinli tacirlər Asiya ölkələrinə səfər zamanı Kunq Fu ilə maraqlanan bəzi adamlara öyrətdilər.

                                               

Final (idman)

Final - nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu komanda olur.

Jai alai
                                               

Jai alai

Jai alai - üç tərəfi divarla örtülü bir sahədə kauçukdan hazırlanmış sərt bir topu divara vurma və tutmağa əsaslanan oyun. İspaniyada Pelota Vasca adlanır. Bask mənşəli olan oyun 1900-cü ildə Kubada oynanmağa başladıqdan sonra Qərb Yarımkürəsində jai alai olaraq adlandırılmışdır. Ənənəvi olaraq ən yaxşı jai alai oyunçuları Bask Ölkəsindən çıxmışdır. Hal-hazırda İspaniya, Fransa, Kuba, Meksika və Filippinin bəzi bölgələrində geniş şəkildə oynanmaqdadır.

Kubok
                                               

Kubok

Kubok - ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →