Back

ⓘ Sağlamlıq



                                               

Sağlamlıq

Sağlamlıq - istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur. Sağlamlığı öyrənən elmlərə dietologiya, farmakologiya, biologiya, epidomologiya, psixologiya, psixatriya, tibbi sosilogiya, gigiena, defektologiya və d. aiddir.

                                               

Sağlamlıq ocağı

Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır.

                                               

Reproduktiv sağlamlıq

Reproduktiv sağlamlıq - fiziki, əqli və sosial rifahın seksuallıqla əlaqəli vəziyyətidir. Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərir. Reproduktiv sağlamlıq seksuallıq və cinsi əlaqələrə qarşı pozitiv münasibət, məcburiyyətdən, ayrıseçkilik və şiddətdən azad, qane edici təhlükəsiz bir cinsi həyat qurma qabiliyyətini nəzərdə tutur. Reproduktiv sağlamlığa nail olmaq və qorumaq, insana xas cinsi hüquqların həyata keçirilməsi ilə bağlıdır.

                                               

Sağlamlıq evləri

Sağlamlıq evləri və ya Dar-üş-şəfa - Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" - çağdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi. Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-də ...

                                               

Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı - Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin i ...

                                               

Sağlamlıq mərkəzi (film, 1990)

Filmdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Respublika Stomatoloji Mərkəzi əhaliyə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə yaradılan tanınmış sağlamlıq ocaqlarından biri olduğu əks etdirilir. Filmdə stomatoloji mərkəzin fəaliyyətində-yüksək ixtisaslı həkimlərin xəstələrə göstərdiyi nümunəvi xidmətdən, ən müasir səhiyyə aparatlarından, səhiyyə ocağındakı müxtəlif şöbələrdə aparılan əməliyyatlardan, habelə Azərbaycan stomatoloqlarının bu sahədə qazandığı nailiyyətlərdən söhbət açılır.

                                               

Səhiyyə iqtisadiyyatı

Səhiyyə iqtisadiyyatı - səhiyyə və sağlamlıq xidmətlərinin istehsalında və istehlakında səmərəlilik, effektivlik, dəyər və davranış ilə əlaqəli məsələləri öyrənən iqtisadiyyatın alt sahəsidir. Ümumi mənada, səhiyyə iqtisadçıları səhiyyə xidmət sistemlərinin necə işləməsini və siqaret çəkmək kimi sağlamlığa təsir edən davranışları öyrənir. Kennet Errounun səhiyyə iqtisadiyyatını ayrı bir təlim kimi təsnifləndirən, 1963-cü ildə yazdığı məqaləsi sağlamlıq və digər mallar arasındaki məna fərqlərini dərk etməyimizə kömək edəcək böyük fərqlilikləri işıqlandırdı. Səhiyyə iqtisadiyyatını digər iqt ...

                                               

Yessentuki

Müasir Yessentuki kurort şəhəri kimi məşhurdur. Şimali Qafqazda Stavropol ölkəsində Esentuk çayının üzərində yerləşir. Mineral mədənləri ilə məşhurdur. Şəhərin kənarında Tambukan gölündən palçıq müalicəsində istifadə edirlər. Qədim türkcə əsənduk esenluk, esenlik "sağlıq, sağlamlıq, xoşbəxtlik" deməkdir. "Esendük~ esenduk" noqay dilində də sağlamlıq deməkdir.1. Həqiqətən vurğunun da sözün sonuncudan əvvəlki hecaya düşməsi sondakı u saf hecası onun yunan dilinə məxsus söz sayılması kimi saxta mülahizəyə dayaq durur şəhərin adının mənşəcə təmiz türk sözü olması fikrinə inamı artırır. Türk di ...

                                               

Aldosteronizm

Aldosteronizm - Aldosteronun hipersekresiyası və ya onun metabolizminin pozulması nəticəsində baş verən patoloji vəziyyət. Bütün arterial hipertenziya hallarının 0.5–2%-ndə təsadüf edilir. Aldosteronizm birincili və ikincili olur. Birincili aldosteronizm böyrəküstü vəzilərin zədələnməsi nəticəsində arterial təzyiqin yüksəlməsi ilə yaranan kliniki sindromdur. İkincili aldosteronizm böyrəküstü vəzilərlə əlaqədar olmayan səbəblərdən baş verən simptomdur. Birincili aldosteronizm səbəbi böyrəküstü vəzilərin adenoması və ya onların qabıq maddəsinin yumaqcıq zonasının hiperpla ziyasıdır. İkincili ...

                                               

Disleksiya

Disleksiya - beyin qabığının zədələnməsi nəticəsində oxumaq qabiliyyətinin itməsidir. Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır. Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər.Uzun və çətin doğuş zamanı uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir. İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər ...

                                               

Əlillik

Əlillik - xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət - həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir.

                                               

Tualet

Tualet və ya Ayaqyolu - İlk tualetin nə vaxt yarandığı bilinmir. Oturacaqlı tualetin eradan 2600 il əvvəl Şumer çariçasına aid olduğu iddia edilir. Şotlandiya ərazisindən isə 5000 il yaşı olan stulabənzər tualetin qalıqları tapılmışdır. E.ə. 2100-cü ilə aid tualetə Misirdə, daha sonralar isə Parisdə və Hindistan yarımadasında da rast gəlinmişdir. Romada ilk ictimai tualet təkcə ehtiyacları ödəmək üçün deyil, həm də fəlsəfi söhbətlər aparmaq üçün əlverişli yer olmuşdur. Daş stullar formasında olan tualetlərdə ilk olaraq nökərlər oturub daşı isidir, sonra isə varlı romalılar öz təbii ehtiyac ...

                                               

Psixi sağlamlıq

Psixi sağlamlıq – insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verir. Psixi sağlamlıq sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə sıx bağlıdır.

MedlinePlus
                                               

MedlinePlus

MedlinePlus - ABŞ Milli Tibb Kitabxanası tərəfindən təmin olunan sağlamlıq və dərmanlar haqqında pulsuz informasiya mənbəyi, geniş saytdır. İspan və İngilis dillərində istehlakçılar üçün tibbi məlumat bazasıdır. Veb sayt NLM, Milli Sağlamlıq İnstitutu, digər ABş dövlət orqanları və əlaqəli qurumlardan əldə etdiyi informasiyanı təqdim edir. 2015-ci ildə 400 milyon insan MedlinePlus istifadə etmişdir.

Free and no ads
no need to download or install

Pino - logical board game which is based on tactics and strategy. In general this is a remix of chess, checkers and corners. The game develops imagination, concentration, teaches how to solve tasks, plan their own actions and of course to think logically. It does not matter how much pieces you have, the main thing is how they are placement!

online intellectual game →